Ultrasəslə qiymətləndirilən vəziyyət
Ektopik (uşaqlıqdan kənar) hamiləlik
Ektopik hamiləlikdə döl yumurtası uşaqlıq boşluğundan kənarda, çox vaxt uşaqlıq borusunda yerləşir. Belə hamiləlik normal davam edə bilməz və daxili qanaxmaya səbəb ola bilər. Diaqnoz transvaginal USM və qanda hamiləlik hormonunun (beta-hCG) ölçülməsi ilə qoyulur. Müalicəni ginekoloq təyin edir.
Praktikadan (anonim)
- Qarın ağrısı ilə gələn pasiyentdə sol uşaqlıq borusunda hamiləlik aşkarlanıb.
- Erkən həftədə yumurtalıq daxilində yerləşən ektopik hamiləlik aşkarlanıb.
Ümumi tibbi məlumat
Yerləşmə yerləri
Uşaqlıq borusu (ən çox), yumurtalıq, uşaqlıq boynu, qarın boşluğu.
Əlamətlər
- qarının aşağı hissəsində ağrı;
- yüngül vaginal qanaxma;
- bəzən çiyinə yayılan ağrı və ya defekasiyaya çağırış hissi.
Risk amilləri
- əvvəlki ektopik hamiləlik;
- uşaqlıq borularında əməliyyat;
- kiçik çanaq infeksiyaları (məsələn, xlamidiya);
- köməkçi reproduktiv texnologiyalar;
- siqaret.
Nə vaxt təcili müraciət etməli?
Güclü qarın ağrısı, başgicəllənmə, huşunu itirmə, solğunluq daxili qanaxma əlaməti ola bilər. Dərhal 103-ə zəng edin.
Yenilənib: 02.10.2026