Məqalə

Qaraciyər elastoqrafiyası və FibroScan: fərq nədir?

Hər iki üsul qaraciyərin sərtliyini ölçərək fibrozu qiymətləndirir. FibroScan görüntüsüz ayrıca cihazdır. USM cihazındakı shear-wave elastoqrafiyasında isə həkim ölçmə nöqtəsini görüntü altında seçir və qaraciyəri eyni zamanda adi USM ilə də görür. Nəticələr kPa ilə verilir, amma birbaşa bir-biri ilə müqayisə olunmur.

1 dəq oxuYenilənib: 02.10.2026

Niyə sərtlik ölçülür?

Qaraciyər uzun müddət zədələnəndə (virus hepatiti, alkoqol, yağlanma, bəzi dərmanlar) toxumada çapıq toplanır, yəni fibroz yaranır. Fibrozlu toxuma sağlam toxumadan daha sərtdir. Sərtliyi ölçməklə fibrozun dərəcəsini iynəsiz qiymətləndirmək mümkündür.

Üç əsas yanaşma

  1. Keçici elastoqrafiya (FibroScan): xüsusi zond qaraciyərə mexaniki impuls göndərir və dalğanın sürətini ölçür. Ekranda adi USM görüntüsü olmur. Geniş tədqiq olunub və beynəlxalq tövsiyələrdə yer alır.
  2. Shear-wave elastoqrafiyası (USM cihazında): cihaz səs dalğası ilə toxumada sürüşmə dalğaları yaradır və onların sürətini ölçür. Həkim ölçməni görüntü altında, damarlardan və öd yollarından uzaq sahədə aparır. Eyni müayinədə qaraciyərin quruluşu da qiymətləndirilir.
  3. Strain elastoqrafiyası: toxumanın nisbi sərtliyini rəngli xəritə ilə göstərir. Bəzi cihazlarda shear-wave ilə birlikdə istifadə olunur.

Nəticəyə nə təsir edir?

Bu hallarda sərtlik fibroz olmadan da arta bilər:

  • yeməkdən sonra müayinə;
  • kəskin hepatit (qan analizlərində fermentlərin kəskin yüksəlməsi);
  • ürək çatışmazlığında qan durğunluğu;
  • öd yollarının tıxanması.

Ona görə müayinəyə ac gəlmək lazımdır. Nəticə də həmişə analizlər və klinik vəziyyətlə birlikdə şərh olunur.

Biopsiya lazımdırmı?

Elastoqrafiya bir çox pasiyentdə biopsiya ehtiyacını azaldır. Bəzi hallarda isə qaraciyər biopsiyası yenə də lazım olur. Bunu hepatoloq müəyyən edir.

Həkimin qeydi

Dr. Emil Yusif qaraciyər elastoqrafiyası mövzusunda beynəlxalq təlimdə (EUROSON School, İstanbul, 2022) iştirak edib və bu müayinəni Sumqayıtda aparır.

Mənbələr

Dr. Emil YusifRadioloq · USM mütəxəssisi

Müayinə, şikayət, xəstəlik və ya mövzu adını yazın.

Dr. Emil Yusif

Radioloq, USM mütəxəssisi

Real Tibb Mərkəzi
Sumqayıt şəhəri, 45-ci məhəllə, 14 saylı bina